Yuxarı
    Bağlamaq

    ​"Atəşgah Sığorta" şirkəti KASKO üzrə 2,8 mln. manat ödəyib

    Atəşgah Sığorta Qrupu ötən il müştərilərə toplam 18 mln. manat ödəyib

    Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın "Atəşgah Sığorta" şirkəti bu ilin noyabr ayı ərzində KASKO xidməti üzrə 2,8 mln. manat həcmində ödəniş edib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

    Belə ki, Quba-Xaçmaz yolunun 10-cu km-də şirkət tərəfindən sığortalanmış "Volkswagen Polo" markalı avtomobil maneə ilə toqquşub. Həmin hadisə üzrə müştəriyə 10 900 manat məbləğində sığorta ödənişi verilib.

    Quba şəhərində də analoji hadisə baş verib. "Nissan Qashqai" markalı avtomobil şəhərin ərazisində maneə ilə toqquşub. Nəticədə, müştəriyə 9 863 manat məbləğində sığorta ödənişi verilib.

    Xatırladaq ki, "Atəşgah Sığorta" şirkəti 1996-cı ilin sonunda təsis edilib və "Atəşgah" Sığorta Qrupuna ("Atəşgah Həyat" sığorta şirkəti ilə birlikdə) daxildir. Ötən ilin nəticələrinə görə, Sığorta Qrupunun müştərilərə təqdim etdiyi 20-dən artıq sığorta növü üzrə məcmu daxilolmaları 61,2 mln. manat, ödənişləri isə 18 mln. manat təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi