"Atəşgah Sığorta" ötən ili mənfəətlə başa vurub

"Atəşgah Sığorta" ötən ili mənfəətlə başa vurub Atəşgah Sığorta ASC 2019-cu ili 1,178 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 770 min manat zərərlə çıxmışdı.
Maliyyə
3 Aprel , 2020 15:20
Atəşgah Sığorta ötən ili mənfəətlə başa vurub

"Atəşgah Sığorta" ASC 2019-cu ili 1,178 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 770 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Atəşgah Sığorta"nın gəlirləri 39,048 milyon manat (illik müqayisədə 4,7% az), xərcləri 37,576 milyon manat (10% az), mənfəət vergisi ödəmələri isə 294 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Atəşgah Sığorta”nın aktivləri 40,79 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,15% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 7,6% azalaraq 27,88 milyon manata düşüb, balans kapitalı isə 8% artaraq 12,91 milyon manata çatıb.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi