“Atəşgah Sığorta”nın aktivləri 29% artıb

“Atəşgah Sığorta”nın aktivləri 29% artıb Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşhag Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,133 mln. manat təşkil edib.“Report” şirkətin mühasibat ba...
Maliyyə
5 Aprel , 2017 12:20
“Atəşgah Sığorta”nın aktivləri 29% artıb

Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşhag Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,133 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,8% çoxdur.

2016-cı ildə “Atəşgah Sığorta”nın uzunmüddətli aktivləri 2,6 dəfə artaraq 12,434 mln. manat, qısamüddətli aktivləri isə 6,9% artaraq 30,699 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 9,9% artaraq 28,224 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 6,6% artaraq 26,873 mln. manat, qısamüddətli öhdəlikləri isə 2,85 dəfə artaraq 1,351 mln. manat olub.

Ötən il sığortaçının cəmi kapitalı 90,8% artaraq 14,909 mln. manata çatıb.

2016-cı ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 42,602 mln. manat (2015-ci ilə nisbətən 7,5% az), cəmi xərcləri 42,229 mln. manat (6,7% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 373 min manat olub. Bu isə illik müqayisədə 52,5% azdır.

“Atəşgah Sığorta” ötən il 75 min manat mənfəət vergisi ödəyib və ili 298 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 371 manat olan 13 500 səhm əsasında formalaşıb. Səhmlərin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər

Orphus sistemi