"Atəşgah Sığorta"da kadr dəyişikliyi baş verib

"Atəşgah Sığorta"da kadr dəyişikliyi baş verib Fərid Quliyev şirkətin İdarə Heyəti sədrinin müavini təyin olunub
Maliyyə
13 Fevral , 2017 16:16
Atəşgah Sığortada kadr dəyişikliyi baş verib

Bakı. 13 fevral. REPORT.AZ/ “Atəşgah Sığorta" şirkətində kadr dəyişikliyi baş verib. Şirkətin İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərid Quliyev “Atəşgah Sığorta"nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

"Report" bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.

F.Quliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, daha sonra Azərbaycan Dövlət İqtisad Universitenin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Peşəkər fəaliyyətinə bank sektorunda başlayıb və bir sıra rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən etibarən "Atəşgah Sığorta"da çalışır.

F.Quliyevin bu vəzifə üzrə səlahiyyətləri bu gündən qüvvəyə minib.

"Atəşgah Sığorta" şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2016-cı ilin nəticələrinə görə, ümumilikdə “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətlərinin daxilolmaları 76,6 mln. manat, ödənişləri isə 43,3 mln. manat təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi