“Atəşgah” bazara yeni sığorta məhsulu çıxarıb

“Atəşgah” bazara yeni sığorta məhsulu çıxarıb Bakı. 18 iyul. REPORT.AZ/ "Atəşgah Sığorta" şirkəti bazara yeni, “Arxayın səyahət” adlı sığorta paketini çıxarıb. Xaricə səfər edənlər üçün nəzərdə...
Maliyyə
18 İyul , 2017 18:19
“Atəşgah” bazara yeni sığorta məhsulu çıxarıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Atəşgah Sığorta" şirkəti bazara yeni, “Arxayın səyahət” adlı sığorta paketini çıxarıb. Xaricə səfər edənlər üçün nəzərdə tutulmuş mövcud məhsula iki əlavə sığorta xidməti - əmlak və avtomobilin kasko sığortası da daxil edilib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Cəmi 5 manat dəyərində olan bu məhsullardan yalnız “Atəşgah”dan səyahət sığortası əldə etmiş müştərilər yararlana bilər. Bu sığorta məhsulu üzrə “Əmlak sığortası” xidməti üzrə təminat 5 000 manat, kasko üzrə 3 000 manat təşkil edir. Əlavə sığorta xidmətləri yalnız "Atəşgah"ın səfər sığortası şəhadətnaməsi bağlandığı zaman etibarlıdır.

Qeyd edək ki, hər iki xidmət üzrə əmlaka və ya avtomobilə baxış keçirməyə ehtiyac yoxdur.

Bundan əlavə, yay mövsümü ilə əlaqədar səyahət sığortasını www.ateshgah.com saytı vasitəsilə əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda 30% endirimdən yararlanacaq.

Son xəbərlər

Orphus sistemi