Yuxarı

"AtaSığorta"ya yeni sədr müavini təyin olunub

Bu vəzifəyə Zəfər Muxtarov təyinat alıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın “AtaSığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə Zəfər Qərib oğlu Muxtarov şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

Z.Muxtarov 2003-cü ildə Türkiyə Respublikasının Əskişəhər Anadolu Universitetini iqtisadiyyat və idarəetmə elmləri fakültəsi üzrə bitirib, 2005-ci ilin mart ayından “Azərsu” ASC-nin tabeliyindəki “Birləşmiş Sukanal” MMC-də aparıcı mühəndis vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 2006-cı ilin oktyabrında həmin cəmiyyətdə abonent xidməti şöbəsinin rəis müavini təyin edilib. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (Master of Business Administration) maliyyə və kredit fakültəsinə daxil olub və 2008-ci ildə maliyyəçi magistr dərəcəsi almaqla məzun olub. 2009-cu ildə “AtaSığorta” ASC-də baş iqtisadçı vəzifəsi ilə işə qəbul edilib. 2013-cü ilin mart ayından 2014-cü ilin noyabr ayına qədər “AtaSığorta”da baş aktuari vəzifəsində çalışıb.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 mln. manat olan şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısı olan "AtaSığorta"nın xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi