"AtaSığorta" satış şəbəkəsini genişləndirir

"AtaSığorta" satış şəbəkəsini genişləndirir Bakı. 18 iyul. REPORT.AZ/ “AtaSığorta” ASC daha iki yeni nümayəndəliyini müştərilərin xidmətinə verib. “Report” xəbər verir ki, bu, “Sahil”və “Saly...
Maliyyə
18 İyul , 2017 17:25
AtaSığorta satış şəbəkəsini genişləndirir

Bakı. 18 iyul. REPORT.AZ/ “AtaSığorta” ASC daha iki yeni nümayəndəliyini müştərilərin xidmətinə verib. “Report” xəbər verir ki, bu, “Sahil”və “Salyan” nümayəndəlikləridir.

Açılış mərasimində “AtaSığorta”nın İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak ediblər. “Sahil” nümayəndəliyi Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi,14 ünvanında, “Salyan” atanümayəndəliyi isə Salyan şəhəri, Yusif Qasımov küçəsində fəaliyyət göstərəcək.

Açıqlamada deyilir ki, yeni açılmış nümayəndəliklər Bakı şəhəri və Salyan rayonu ərazisində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcək.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dən artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Son xəbərlər

Orphus sistemi