"Atasığorta"nın yığımları cüzi artıb

"Atasığorta"nın yığımları cüzi artıb Hesabat dövründə "Atasığorta"nın ödənişləri isə azalıb
Maliyyə
14 Sentyabr , 2016 14:38
Atasığortanın yığımları cüzi artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Atasığorta" ASC-nin yığımları 7 036 298 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,27% çoxdur.

Hesabat dövründə "Atasığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 8 ay ərzində 2 145 099 manat ödəniş edib və bu, illik müqayisədə 19,78% azdır.

Cari ilin ilk 8 ayında "Atasığorta" topladığı hər 100 manat sığorta haqqının 30,49 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ilin analoji dövründə 38,49% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi