"Atasığorta"nın yığımları 8% artıb

"Atasığorta"nın yığımları 8% artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
18 Avqust , 2016 11:58
Atasığortanın yığımları 8% artıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Atasığorta" ASC-nin yığımları 6 593 765 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur.

Hesabat dövründə "Atasığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 7 ay ərzində 1 854 312 manat ödəniş edib və bu, illik müqayisədə 20,71% azdır.

Cari ilin yanvar-iyul aylarında "Atasığorta" topladığı hər 100 manat sığorta haqqının 28,12 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 38,16% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 10 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 400 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi