"Atasığorta"nın yığımları 6% artıb

"Atasığorta"nın yığımları 6% artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
12 Oktyabr , 2016 10:37
Atasığortanın yığımları 6% artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Atasığorta" ASC-nin yığımları 7 968 087 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.

Hesabat dövründə "Atasığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 9 ay ərzində 2 536 503 manat ödəniş edib və bu, illik müqayisədə 17,11% azdır.

Cari ilin ilk 9 ayında "Atasığorta" topladığı hər 100 manat sığorta haqqının 31,83 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin analoji dövründə 40,89% olub.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi