“Atasığorta”nın maliyyə göstəriciləri pisləşib

“Atasığorta”nın maliyyə göstəriciləri pisləşib Bakı. 15 mart. REPORT.AZ/ “Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 29,701 mln. manat təşkil edib.
Maliyyə
15 Mart , 2018 09:04
“Atasığorta”nın maliyyə göstəriciləri pisləşib

Bakı. 15 mart. REPORT.AZ/ “Atasığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 29,701 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,85% azdır.

2017-ci ildə şirkətin cəmi öhdəlikləri 14,7% azalaraq 13,184 mln. manata, cəmi kapitalı isə 1,6% azalaraq 16,517 mln. manata düşüb.

Ötən il “Atasığorta”nın gəlirləri 17,206 mln. manat (əvvəlki ilə nisbətən 7,3% çox), xərcləri 16,149 mln. manat (13,1% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 1,057 mln. manat olub ki, bu da illik müqayisədə 39,6% azdır.

2017-ci ildə “Atasığorta” 2016-cı illə müqayisədə 78,6% az – 101 min manat mənfəət vergisi ödəyib və ötən ili 956 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 25,2% azdır.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi