"Atasığorta"da yeni təyinat olub

"Atasığorta"da yeni təyinat olub Şirkətə yeni aktuari təyin edilib
Maliyyə
6 Oktyabr , 2016 11:33
Atasığortada yeni təyinat olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Atasığorta" ASC-yə yeni aktuari təyin edilib. "Report" xəbər verir ki, bu barədə Şirkətin saytında bildirilir.

Məlumata görə, sözügedən vəzifəyə Elçin Nizami oğlu Əsədzadə gətirilib. O, bundan əvvəl "Atasığorta"da Anderraytinq və təkrarsığorta Departamenti ümumi sığorta şöbəsinin mütəxəssisi və aparıcı mütəxəssis vəzifələrində çalışıb.

Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi