"Atabank" yeni şöbə açıb

"Atabank" yeni şöbə açıb Şöbənin gələcəkdə 24 saat fasiləsiz xidmət göstərməsi nəzərdə tutulur
Maliyyə
15 Avqust , 2016 10:48
Atabank yeni şöbə açıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bakı şəhərində “AtaBank” ASC-nin yeni, "Elmlər" şöbəsinin açılışı olub. "Elmlər Akademiyası" metrosunun yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində yerləşən şöbə fiziki və hüquqi şəxslərə bank xidmətləri göstərir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

Şöbənin açılış mərasimində iştirak edən “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, "Elmlər"şöbəsinin gələcəkdə 24 saat fasiləsiz xidmət göstərməsi nəzərdə tutulur.

"AtaBank"ın "Elmlər" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. 

Son xəbərlər

Orphus sistemi