"AtaBank" yeni pulköçürmə sisteminə qoşulub

"AtaBank" yeni pulköçürmə sisteminə qoşulub Bank təcili pulköçürmə xidmətl­ərinin çeşidini genişləndirir
Maliyyə
30 Mart , 2016 12:45
AtaBank yeni pulköçürmə sisteminə qoşulub

Bakı. 30 mart. REPORT.AZ/ “AtaBank” ASC təcili pulköçürmə xidmətl­ərinin çeşidini genişləndirərək daha bir beynəlxalq sistemə qoşulub. Bu gündən etibarən, Bankın müştəriləri “Xəzri” sistemi üzrə pul­ köçürmələrini həyata keçirə bilərlər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “AtaBank”­ Azərbaycanda "Xəzri" sisteminə qoşulan ilk bankdır.

"Xəzri" beynəlxalq sürətli pulköçürmə ­sistemi "Kapital Bank" tərəfindən 2007-ci ­ildə yaradılıb. ­Bu sistem Azərbaycan, Rusiya, Ukrayn­a, Gürcüstan və Tacikistanda ümumilikd­ə 3 500-dən artıq xidmət məntəqəsində tət­biq olunur. ­

Pulköçürmə xidmətlərini "AtaBank"ın 26 ­filial və şöbəsində həyata keçirmək mümk­ündür. ­

“AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi