"AtaBank" səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

"AtaBank" səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək Yığıncağın gündəliyinə mənfəətin bölüşdürülməsi məsələsi də daxil edilib
Maliyyə
12 May , 2016 08:40
AtaBank səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

Bakı. 12 may. REPORT.AZ/ Bu il iyunun 28-də Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,55 ünvanında "AtaBank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" bu barədə Bankın İdarə Heyətinin rəsmi qəzetdə dərc olunan elanına istinadən xəbər verir.

Yığıncağın gündəliyinə 2015-ci il üzrə İdarə Heyəti və Müşahidə Şurasının hesabatları, "AtaBank"ın 2015-ci maliyyə ili üzrə illik hesabatı, mühasibat balansı, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələləri daxildir. 

Son xəbərlər

Orphus sistemi