Bakı. 11 oktyabr. REPORT.AZ/ “Atabank” ASC-nin əməkdaşlıq etdiyi “AzeriCard” MMC prosessinq mərkəzi xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə oktyabrın 12-dən 13-nə keçən gecə daxili sistemində yenilənmə işləri aparacaq.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla əlaqədar saat 00:30-dən saat 06:00-a qədər plastik kartlarla onlayn rejimdə əməliyyatlar həyata keçirmək mümkün olmayacaq.
“Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən bunu nəzərə alasınız”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, “AtaBank” Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 bankomat və 18 min POS-terminalı əhatə edən xidmət şəbəkəsi ilə fəaliyyət göstərir, korporativ və fərdi müştərilərə tam xidmətlər spektri təqdim edir.