“Atabank” “Mastercard” sahiblərinə xüsusi endirimlər vəd edir

“Atabank” “Mastercard” sahiblərinə xüsusi endirimlər vəd edir Bakı. 22 noyabr. REPORT.AZ/ “Atabank” ASC-nin “MasterCard” plastik kartının sahibləri Bakının bir çox xidmət və satış obyektlərində güzəştlər əldə edə bilərlər.
Maliyyə
22 Noyabr , 2017 10:11
“Atabank” “Mastercard” sahiblərinə xüsusi endirimlər vəd edir

Bakı. 22 noyabr. REPORT.AZ/ “Atabank” ASC-nin “MasterCard” plastik kartının sahibləri Bakının bir çox xidmət və satış obyektlərində güzəştlər əldə edə bilərlər.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Priceless Specials” proqramına əsasən, müştərilərə kafe və restoranlar, parfümeriya, sağlamlıq, mebel və ev aksesuarları, gül butikləri və digər sektorlarda 20%-ə qədər endirimlər təqdim edilir.

Belə ki, “MasterCard” ödəniş edən kart sahibləri avtomatik imtiyazlardan istifadə edə bilir.

“Priceless Specials” proqramı sizə daha çox üstünlüklər və yeni imkanlar təqdim etməyə davam edəcək. Kampaniya haqqında ətraflı məlumatı www.mastercard.az saytında əldə etmək olar”, - məlumatda qeyd olunub.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, yüksək texnologiyalı, universal Azərbaycan bankıdır. Onun Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi