"AtaBank"ın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

"AtaBank"ın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir Şöbə həftənin 6 günü fəaliyyət göstərir
Maliyyə
15 Avqust , 2017 10:47
AtaBankın yeni istifadəyə verilmiş şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif edir

Bakı. 15 avqust. REPORT.AZ/ “AtaBank” ASC-nin Bakının mərkəzində, “28 May” metro stansiyasının yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən "Sahil" şöbəsi geniş çeşidli valyuta-mübadilə əməliyyatları təklif etməsi ilə seçilir.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, burada ABŞ dolları, Avro, İngilis funt sterlinqi, İsveçrə frankı, Rusiya rublu, Türkiyə lirəsi, Gürcüstan larisi, BƏƏ dirhəmi, Səudiyyə Ərəbistanı rialı, İran rialı, Yaponiya yeni, Qazaxıstan tengəsi ilə əməliyyatlar aparmaq olar. “AtaBank” müştərilərin rahatlığını düşünərək "Sahil" şöbəsində valyuta-mübadilə əməliyyatlarını şənbə günlərində də həyata keçirməyə imkan yaradıb. Şöbə həftənin 6 günü saat 9:00-dan 18:00-a qədər müştərilərin xidmətindədir.

Valyuta məzənnələri ilə bağlı məlumatlar və digər suallar üçün əlaqə nömrəsi: (012) 136.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında 31 filialı və şöbəsi fəaliyyət göstərən Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank"ın xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq istəyənlər Bankın www.atabank.com ünvanında yerləşən internet səhifəsini ziyarət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi