“AtaBank”ın dəstəyi ilə əməkdaşları arasında mini-futbol turnirinə yekun vurulub

“AtaBank”ın dəstəyi ilə əməkdaşları arasında mini-futbol turnirinə yekun vurulub Bakı. 28 may. REPORT.AZ/ “AtaBank” ASC-nin dəstəyi ilə əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub.
Maliyyə
28 May , 2018 14:16
“AtaBank”ın dəstəyi ilə əməkdaşları arasında mini-futbol turnirinə yekun vurulub

Bakı. 28 may. REPORT.AZ/ “AtaBank” ASC-nin dəstəyi ilə əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub.

Bankdan “Report”a verilən məlumata görə, 36 gün davam edən, gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan ənənəvi turnirin 7-ci ilində "No Name" yenidən zirvəyə qayıdıb. Yarışın ən titullu komandası bununla da 4-cü dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada “Synergy Group”dan güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. “Synergy Group” ikinci olduğundan ötən mövsümün qalibi MXD bürünc medallara yiyələnib.

Belə ki, mayın 26-da meydana MXD ilə "Qalaaltı" çıxmalı olsa da, ikincilər gözlənilmədən oyuna gəlməyiblər. Bu səbəbdən də 3-cü yer uğrunda matç baş tutmayıb. MXD mübarizəsiz qalib elan olunub. Təşkilatçılar isə "Qalaaltı"nı tək texniki məğlubiyyətlə cəzalandırmayıblar. Onlar komandanın bütün oyunlarının nəticəsini ləğv edərək, turnirin bombardiri olan Aydın İslamovu şəxsi mükafatdan da məhrum ediblər.

Nəticədə bütün diqqətlər final görüşünə yönəlib. Hər il olduğu kimi, bu dəfə də Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi oyun bir sıra yeniliklərlə diqqət çəkib. "No Name"lə “Synergy Group”un meydana Çempionlar Liqasının himni ilə daxil olması isə arenaya toplaşan çoxsaylı tamaşaçıların alqışları ilə qarşılanıb. Bu da əbəs deyildi. Çünki bu görüşdən cəmi 2 saat sonra qitənin ən mötəbər klub turnirində"Real" - "Liverpul" dueli baş tutacaqdı. Sanki titullardan doymayan Madrid təmsilçisini "No Name", uzun fasilədən sonra özünü təsdiqləmək istəyən Liverpul klubunu “Synergy Group” əvəz edirdi. Hər şey də demək olar ki, uyğun gəlirdi. Həmin final da MDB-də, bu final da MDB-də təşkil olunurdu. Yeganə fərq bu oyunun Azərbaycan paytaxtı Bakıda, Çempionlar Liqasının görüşünün Ukrayna paytaxtı Kiyevdə olması idi. Bir qədər irəli gedərək deyək ki, bütün oxşarlıqlar hesabda da öz əksini tapdı. "Kral klubu" Mersisaydlılara gücünü göstərdiyi kimi, "No Name" də “Synergy Group”a dişini göstərdi. Bu da hər 2 klubda gözlənilən idi. Çünki "Real" kimi "No Name" də final komandasıdır və uğurlardan doymur. Madridlilər kimi rekordlar və qollar vurmağı sevir. Bir sözlə, azarkeşlərinə həmişə sevinc bəxş edir, hərdən zirvədən ensə də, çox keçmədən geri qayıdır. 

Son xəbərlər

Orphus sistemi