“Atabank”ın aktivləri 33% artıb

“Atabank”ın aktivləri 33% artıb Bakı. 24 aprel. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 33% artaraq 2018-ci il aprelin 1-nə 619 512 min manata çatıb.
Maliyyə
24 Aprel , 2018 10:55
“Atabank”ın aktivləri 33% artıb

Bakı. 24 aprel. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 33% artaraq 2018-ci il aprelin 1-nə 619 512 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 13% artaraq bu il aprelin 1-nə 416 401 min manata yüksəlib.

Cəmi öhdəliklər illik 19% artaraq 472 353 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 28% artaraq 329 107 min manat olub. AMB-nin banka qarşı tələbləri illik 2 dəfə artaraq 10 mln. manatdan 2018-ci il aprelin 1-nə 20 mln. manatadək yüksəlib. 

2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 120,0 mln. manat, cəmi kapitalı 147 160 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 341 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfəyə yaxın azalma deməkdir. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 10 669 min manat, qeyri-faiz gəlirləri 2 328 min manat, faiz xərcləri 6 383 min manat, qeyri-faiz xərcləri 5 780 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi