"Atabank"ın aktivləri 21% azalıb

"Atabank"ın aktivləri 21% azalıb Bakı. 31 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin cəmi aktivləri 1 yanvar 2017-ci il tarixinə 472,542 mln. manat təşkil edib. “Report” Bankın maliyyə h...
Maliyyə
31 Yanvar , 2017 17:38
Atabankın aktivləri 21% azalıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin cəmi aktivləri 1 yanvar 2017-ci il tarixinə 472,542 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 1 yanvar 2016-cı il tarixi ilə müqayisədə 21,01% azdır.

“Atabank”ın aktivlərinin 86,03%-ni və yaxud 406,533 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 22,57% kiçilib.

Son 1 ildə “Atabank”ın cəmi öhdəlikləri 24,03% azalaraq 412,731 mln. manat, o cümlədən depozit portfeli 38,75% azalaraq 269,591 mln. manat təşkil edib. Bunun isə 203,142 mln. manatı əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) olub.

Bu ilin əvvəlinə “Atabank”ın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 10 mln. manat təşkil edib.

2016-cı ildə Bankın cəmi kapitalı isə 8,71% artaraq 59,811 mln. manat çatıb.

Hesabat dövründə “Atabank”ın faiz gəlirləri 48,735 mln. manat (2015-ci ilə nisbətən 17,37% azalma), faiz xərcləri 22,725 mln. manat (28,97% azalma), qeyri-faiz gəlirləri 13,663 mln. manat (14,24% azalma), qeyri-faiz xərcləri isə 21,884 mln. manat (2,4% azalma) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 17,789 mln. manat olub. Bu isə 1 il əvvəllə müqayisədə 13,21% azdır.

“Atabank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 16,679 mln. manat yönəldib, 770 min manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2016-cı ili 340 min manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 64,25% azdır.

Xatırladaq ki,"Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Bankınnizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20 manat olan 2,5 mln. səhm əsasında formalaşıb. Səhmlərin 76%-i adı çəkilən Holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər nazirinin müşaviri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi