Bakı. 29 aprel. REPORT.AZ/ "Atabank" ASC cari ilin birinci rübünü 11,6 mln. manat mənfəətlə başa vurub. Bu müddətdə bankın gəlirləri 25,3 mln. manat, xərcləri 13,6 mln. manat təşkil edib.
"Report"un banka istinadən verdiyi xəbərə, cari il aprelin 1-nə bankın aktivləri 615,6 mln. manatı keçib. Aktivlərin 84,43%-i və ya 519,8 mln. manatı kredit portfelinin payına düşüb. Aktivlərin strukturunda nağd vəsaitlər isə cəmi 3,55% və ya 21,8 mln. manat təşkil edib.
Hesabata əsasən, 2015-ci il aprelin 1-nə bankın depozit portfeli 523,9 mln. manat olub ki, bunun da 467,0 mln. manatını müddətli, 56,9 mln. manantını tələb olunanadək depozitlər təşkil edib. Əhalinin əmanətlərinin həcmi isə 187,0 mln. manatı ötüb.
Qeyd edək ki, cari il aprelin 1-nə "Atabank"ın məcmu kapitalı 70,9 mln. manat, nizamnamə kapitalı 50,0 mln. manat təşkil edib.