“Atabank” "Fitch"lə əməkdaşlığı dayandırıb

“Atabank” "Fitch"lə əməkdaşlığı dayandırıb Bakı. 1 iyun. REPORT.AZ/ “Atabank” ASC “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.
Maliyyə
1 İyun , 2018 17:49
“Atabank” Fitchlə əməkdaşlığı dayandırıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Atabank” ASC “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.

Bu barədə "Report" Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, kredit reytinqi, əsasən, xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac qalmayıb. Bu səbəbdən də “Fitch” ilə "Atabank" arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb. Eyni zamanda Bank növbəti illərdə xarici bazarlardan vəsait cəlb etmə ehtiyacı hiss edərsə, “FitchRatings” və digər beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı bərpa edəcəyini istisna etmir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi