“Atabank” ənənəvi Yeni il kampaniyası keçirir

“Atabank” ənənəvi Yeni il kampaniyası keçirir Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gündən başlayaraq dekabrın 29-na qədər “Atabank” ASC ənənəvi Yeni il kampaniya keçirir və bu kampaniya çərçivəsində müştərilərinə dəyərli hədiyyələr təklif edir.
Maliyyə
4 Dekabr , 2017 09:53
“Atabank” ənənəvi Yeni il kampaniyası keçirir

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gündən başlayaraq dekabrın 29-na qədər “Atabank” ASC ənənəvi Yeni il kampaniya keçirir və bu kampaniya çərçivəsində müştərilərinə dəyərli hədiyyələr təklif edir.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu ayın sonuna qədər “Atabank”da sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyəni əldə etmək şansını qazanırlar. Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər.

Hədiyyələr “İphone X”, “İsma Bike”, “Excelsior Hotel”, “Chinar Hotel & SPA”, “Excelsior Hotel Shamkir”, “Qalaaltı Hotel & SPA” otellərində istirahət, müalicə və idman paketləridir.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur. Onun şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi