"Atabank" bu ilin I rübünü mənfəətlə başa vurub

"Atabank" bu ilin I rübünü mənfəətlə başa vurub Bakı. 24 aprel. REPORT.AZ/ "Atabank" ASC-nin aktivləri bu ilin əvvəlindən 1,7% azalaraq aprelin 1-nə 464,534 mln. manat təşkil edib."Report" b...
Maliyyə
24 Aprel , 2017 17:08
Atabank bu ilin I rübünü mənfəətlə başa vurub

Bakı. 24 aprel. REPORT.AZ/ "Atabank" ASC-nin aktivləri bu ilin əvvəlindən 1,7% azalaraq aprelin 1-nə 464,534 mln. manat təşkil edib.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

"Atabank"ın aktivlərinin 84,8%-ni və yaxud 393,742 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 3 ayda Bankın kredit portfeli 3,15% kiçilib. 

Hesabat dövründə "Atabank"ın cəmi öhdəlikləri 4,1% azalaraq 395,948 mln. manat, o cümlədən depozit portfeli 5% azalaraq 256,227 mln. manat təşkil edib. 

Bankın cəmi kapitalı 14,7% artaraq 68,585 mln. manat, nizamnamə kapitalı isə 14% artaraq 57 mln. manat olub. 

"Atabank" bu ilin I rübündə 1,178 mln. manat xalis mənfəət əldə edib. Rüb ərzində Bankın faiz gəlirləri 9,704 mln. manat, faiz xərcləri 4,167 mln. manat, qeyri-faiz gəlirləri 1,3 mln. manat, qeyri-faiz xərcləri isə 5,005 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi