Yuxarı

“AtaBank” bu ilin I rübünü mənfəətlə başa vurub

​“AtaBank” bu ilin I rübünü mənfəətlə başa vurub

“AtaBank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 579,223 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 6,5% azdır.

“AtaBank”ın aktivlərinin 380,212 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 8,7% kiçilib.

Hesabat dövründə “AtaBank”ın cəmi öhdəlikləri 7,7% azalaraq 435,893 milyon manata, o cümlədən depozit portfeli 8,1% azalaraq 302,326 milyon manata, Bankın cəmi kapitalı isə 2,6% azalaraq 143,33 milyon manata düşüb.

Bu ilin I rübündə “AtaBank”ın faiz gəlirləri 8,627 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,8% az), faiz xərcləri 5,62 milyon manat (12% az), qeyri-faiz gəlirləri 917 min manat (60,6% az), qeyri-faiz xərcləri 5,297 milyon manat (8,4% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti 1,5 milyon manat (96,3% az) təşkil edib. Son nəticədə Bank rübü 127 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,8% azdır.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi