"Atabank" birinci yarımil üzrə maliyyə göstəricilərini açıqlayıb

"Atabank" birinci yarımil üzrə maliyyə göstəricilərini açıqlayıb Bakı. 25 iyul. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri ilin əvvəlindən 3,6% azalaraq 2018-ci il iyulun 1-nə 603 177 min manata çatıb.
Maliyyə
25 İyul , 2018 14:40
Atabank birinci yarımil üzrə maliyyə göstəricilərini açıqlayıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri ilin əvvəlindən 3,6% azalaraq 2018-ci il iyulun 1-nə 603 177 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) ilin əvvəlindən 0,7% artaraq bu il iyulun 1-nə 418 151 min manata yüksəlib.

Cəmi öhdəliklər illik 4,4% azalaraq 458 513 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 4,2% azalaraq 315 594 min manat olub. AMB-nin banka qarşı tələbləri 2018-ci il iyulun 1-nə 20 mln. manat olub. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 120,0 mln. manat, cəmi kapitalı 144 664 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 122,84 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfəyə yaxın azalma deməkdir.

2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 21 008 min manat, qeyri-faiz gəlirləri 2 645 min manat, faiz xərcləri 12 909 min manat, qeyri-faiz xərcləri 12 200 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi