"Atabank" banklar arasında keçirilən yarışmada lider olub

"Atabank" banklar arasında keçirilən yarışmada lider olub Hazırda “Zolotaya Korona” “Atabank” müştərilərinin ən çox istifadə etdiyi pulköçürmə sistemlərindən biridir
Maliyyə
11 Sentyabr , 2017 16:26
Atabank banklar arasında keçirilən yarışmada lider olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Zolotaya Korona” təcili pulköçürmə sistemi tərəfindən banklar arasında keçirilən (martın 15-dən avqustun 31-dək) yarışmada “Atabank” ASC qalib gəlib. 

Bu barədə “Report”a Bankın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, hazırda “Zolotaya Korona” “Atabank” müştərilərinin ən çox istifadə etdiyi pulköçürmə sistemlərindən biridir.

Ümumilikdə 24 həftə davam etmiş yarışma ərzində “AtaBank” "Zolotaya Korona" tərəfindən qoyulan hədəfi 147,58%-lə başa vurub. Yarışmada birinci yeri qazanan “Atabank”ın əməkdaşı “Zolotaya Korona” tərəfindən hədiyyə olaraq təqdim edilən “Avropanın balaca Havaisi” adlandırılan, dünyanın ən gözəl guşələrindən birinə səyahət imkanı əldə edəcək.

Qeyd edək ki, pulköçürmə xidmətlərini “Atabank”ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank "Western Union”, “Xəzri”, “Zolotaya Korona”, “Contact”, “Blizko” və “Lider" sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "Atabank" 100% yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18 000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi