“Atabank” Bakı Futbol Liqasının iştirakçısıdır

“Atabank” Bakı Futbol Liqasının iştirakçısıdır Azərbaycanda yeni futbol liqası başlayır
Maliyyə
15 Sentyabr , 2017 12:44
“Atabank” Bakı Futbol Liqasının iştirakçısıdır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə yaradılmış həvəskar Bakı Futbol Liqasının (BFL) başlamasına bir həftə qalıb.

Bu barədə “Report”a liqanın iştirakçısı olan “Atabank” ASC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq liqanın yarışlarında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb və Bank qeydiyyatdan keçib.

“BFL-in digər liqalardan fərqi odur ki, meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək. İstənilən həvəskar komanda qeydiyyatdan keçməklə iştirakçı ola bilər. 2017/18-ci illər mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.Peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək. Liqada peşəkar oyunçular burada iştirak edə bilməz. Yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanacaq”, - deyə məlumatda qeyd edilib.

Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar. Əlaqə nömrələri: (050) 671 20 05, (051) 888 00 05;

Son xəbərlər

Orphus sistemi