​"AtaBank"a yeni sədr müavini təyin edilib

​"AtaBank"a yeni sədr müavini təyin edilib Bu vəzifəyə Səbuhi Əliyev gətirilib
Maliyyə
3 May , 2016 11:30
​AtaBanka yeni sədr müavini təyin edilib

Bakı. 3 may. REPORT.AZ/ “AtaBank” ASC-nin yeni təşkilatı strukturu təsdiq edilib. Eyni zamanda, Bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, Səbuhi Əliyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. 

Qeyd edək ki, S.Əliyev 2005-2014-cü illərdə “AtaBank” ASC-də çalışıb, Bankın Hüquq Departamentinin direktoru vəzifəsində işləyib.

2014-2016-cı illərdə S.Əliyev “Synergy Group” ASC-də İdarə Heyətinin üzvü, Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi var.

Hazırda İdarə Heyəti 5 nəfər üzvdən ibarətdir - sədr Dəyanət Quliyev, sədr müavinləri Etibar Babaşlı, Emil Əmirov, Rauf Hüseynov və Səbuhi Əliyevdir.

Son xəbərlər

Orphus sistemi