"Ata Sığorta"nın kreditor borcları 45% artıb

"Ata Sığorta"nın kreditor borcları 45% artıb Şirkət ötən il 1,2 mln. manat mənfəət əldə edib
Maliyyə
14 İyul , 2016 15:04
Ata Sığortanın kreditor borcları 45% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ "Ata Sığorta" ASC ötən ildə 1 238 227 manat xalis mənfəət əldə edib. 

"Report"un şirkətin illik hesabatına istinadən verdiyi xəbərə görə, xalis mənfəət əvvəlki illə müqayisədə 8,26% artıb.

Hesabat ilində ASC-nin gəlirləri cəmi 45% artaraq 17 170 271 manat, xərcləri 46,5% artaraq 15 251 751 manata yüksəlib. Birbaşa sığorta üzrə sığorta haqları illik 10,78% artaraq 9 482 029 manat, verilmiş sığorta ödənişləri 7,09% artaraq 4 256 528 manat təşkil edib.

Bu il yanvarın 1-nə şirkətin bölüşdürülməmiş mənfəəti 3 101 381 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 28,3% çoxdur.

Qeyd edək ki, şirkətin aktivləri 31,3% artaraq cari il yanvarın 1-nə əsasən 31 681 705 manata çatıb. Şirkətin kreditor borcları da illik 45,1% artaraq 165 777 manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi