​Asiya İnkişaf Bankının prezidenti yenidən seçilmək üçün namizədliyini irəli sürüb

​Asiya İnkişaf Bankının prezidenti yenidən seçilmək üçün namizədliyini irəli sürüb ADB prezidentliyinə namizədlər Bankın regional üzvləri tərəfindən təqdim edilir və Direktorlar Şurası tərəfindən seçilir
Maliyyə
8 Aprel , 2016 11:05
​Asiya İnkişaf Bankının prezidenti yenidən seçilmək üçün namizədliyini irəli sürüb

Bakı. 8 aprel. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakao növbəti 5 ildə Bankın prezidenti postunda qalmaq üçün namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. “Report”un ADB-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, seçkilər bu il noyabrın 23-də keçiriləcək.

ADB prezidentliyinə namizədlər Bankın regional üzvləri tərəfindən təqdim edilir və Direktorlar Şurası tərəfindən seçilir.

“Əgər yenidən seçilsəm, Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan ölkələrin qalan və yeni problemlərinin həll edilməsi üçün səylərimi davam etdirəcəm”, - deyə T.Nakao əlavə edib.

Qeyd edək ki, T.Nakao 2013-cü ilin aprelin 28-də əvvəlki prezident, Haruhiko Kuradonun qalan 3 il yarımlıq müddətində səlahiyyətlərini icra etmək üçün Direktorlar Şurası tərəfindən seçilib.

Xatırladaq ki, ADB 1966-cı ildə təsis edilib və hazırda 67 üzvü var.

Son xəbərlər

Orphus sistemi