Asiya İnkişaf Bankında iki yeni vitse-prezident təyin olunub

Asiya İnkişaf Bankında iki yeni vitse-prezident təyin olunub Bu, Divakar Qupta və Bambanq Susantanodur
Maliyyə
8 İyun , 2015 12:46
Asiya İnkişaf Bankında iki yeni vitse-prezident təyin olunub

Bakı. 8 iyun. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Divakar Quptanı (Diwakar Gupta) özəl sektor və birgə maliyyələşmə əməliyyatları, Bambanq Susantanonu (Bambang Susantano) isə biliklərin idarə edilməsi və davamlı inkişaf üzrə vitse-prezident təyin edib. 

"Report"un ADB-yə istinadən verdiyi məlumata görə, bundan öncə sektor və birgə maliyyələşmə əməliyyatları üzrə vitse-prezident Lakşmi Venkataçalam (Lakshmi Venkatachalam) olub. Yeni vitse-prezident D.Qupta isə bundan əvvəl Hindistan Dövlət Bankında icraçı direktor və baş maliyyə direktoru vəzifələrində çalışıb və magistr təhsilini Delhi Univesitetində alıb.

İkinci vitse-prezident B.Susantano isə davamlı inkişaf və iqlim dəyişikliyi, iqtisadi tədqiqatlar və regional əməkdaşlıq və xarici əlaqələr departamentlərinin işini idarə edəcək. Buna qədər həmin vəzifəni Bindu Lohani (Bindu Lohani) icra edib. Yeni vitse-prezident B.Susantano əvvəllər İndoneziyanın nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb və doktorluq (PhD) təhsilini Kaliforniyanın Berkeley Universitetində alıb.

Xatırladaq ki, baş ofisi Manilada yerləşən ADB 1966-cı ildə yaradılıb. 67 ölkənin üzv olduğu bankın maliyyə yardımları 2014-cü ildə 22,9 mlrd. dollar civarında olub ki, bunun da 9,2 mlrd. dolları birgə maliyyələşmənin payına düşür.

Son xəbərlər

Orphus sistemi