Asiya İnfrastruktur İnvestisiya Bankına daha bir ölkə üzv olub

Asiya İnfrastruktur İnvestisiya Bankına daha bir ölkə üzv olub Özbəkistan bankda 0,246% iştirak payı alıb
Maliyyə
7 Dekabr , 2016 14:03
Asiya İnfrastruktur İnvestisiya Bankına daha bir ölkə üzv olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Özbəkistan Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) yeni üzvü seçilib. 

“Report” xəbər verir ki, rəsmi Daşkəndin bankda iştirak payı 219,8 mln. ABŞ dolları həcmində müəyyən edilib. Bu isə Özbəkistanın AIIB-dəki iştirak payının 0,2460% olması deməkdir. Ölkənin bankdakı səsvermə hüququ isə 5,366 səs, yaxud 0.5117%-ə bərabərdir.

Xatırladaq ki, Özbəkistan AIIB-ə üzvlüklə bağlı sənədi 2015-ci il iyunun 29-da Pekində (Çin) imzalayıb.

Son xəbərlər

Orphus sistemi