"​Asan İmza" İslam bankçılığının inkişafında innovativ alət kimi Dubayda təqdim ediləcək

"​Asan İmza" İslam bankçılığının inkişafında innovativ alət kimi Dubayda təqdim ediləcək ABB-nin sabiq departament direktoru toplantıda iştirak edəcək
Maliyyə
16 Fevral , 2016 11:11
​Asan İmza İslam bankçılığının inkişafında innovativ alət kimi Dubayda təqdim ediləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 17-18-də Dubayda (BƏƏ) “Qədim yollar: Yeni imkanlar” mövzusunda qlobal biznes forum keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, Dubay Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən və BƏƏ-nin vitse-prezideni, baş nazir, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun himayədarlığı altında keçirilən maliyyə tədbirində ümumilikdə 500-dən artıq iş adamı, bank və digər maliyyə təsisatlarının rəhbərləri, yüksək vəzifəli dövlət nümayəndələri və rəsmi şəxslərin iştirak edəcəyi gözlənilir.

Forumun işinə “B.EST Solutions” şirkətinin baş icraçı direktoru Behnam Qurbanzadə də qatılacaq. B.Qurbanzadənin çıxışı İslam bankçılığı modellərinin inkişafında innovativ texnologiyaların tətbiqi mövzusuna həsr ediləcək, xüsusilə, Azərbaycanın mobil elektron imza texnologiyası olan “Asan İmza” xidmətinin İslam bankçılığında tətbiqi perspektivlərindən bəhs ediləcək.

Qeyd edək ki, B.Qurbanzadə “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-ci ilin yanvar ayında təyin olunub. B.Qurbanzadə bundan öncə uzun müddət ərzində Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı Departamentinə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi