“ASAN Finance” sisteminə 30-dan çox kredit təşkilatı qoşulub

“ASAN Finance” sisteminə 30-dan çox kredit təşkilatı qoşulub “My.gov.az saytının mobil əlavəsi üzərində iş gedir və tezliklə bu tətbiq hazır olacaq. Ümid edirik ki, növbəti ilin ilk aylarında biz həmin əlavəni təqdim edəcəyik”.
Maliyyə
25 Noyabr , 2019 11:23
“ASAN Finance” sisteminə 30-dan çox kredit təşkilatı qoşulub

My.gov.az saytının mobil əlavəsi üzərində iş gedir və tezliklə bu tətbiq hazır olacaq. Ümid edirik ki, növbəti ilin ilk aylarında biz həmin əlavəni təqdim edəcəyik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov deyib.

O, “ASAN Finance” sistemi haqqında danışıb və bildirib ki, artıq 30-dan çox bank və bank olmayan kredit təşkilatı bu sistemə qoşulub: “Bəzi banklar hətta rəli gedərək qısa müddət ərzində müxtəlif xidmətlərin göstərilməsini təmin edə bilirlər. Biz biz proaktiv xidmətlərin göstərilməsi ilə də bağll bir sıra işlər görmüşük. Artıq bir sıra arayışların elektron şəkildə verilməsi təmin olunur. Ədliyyə Nazirliyi ilə sıx işləyirik və yaxın günlərdə sürücülər üçün elektron etibarnamələrin verilməsinə də başlanacaq”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi