Yuxarı
    Bağlamaq

    ASA-ya müvəqqəti sədr təyin edilib

    Orxan Bayramovu Vüqar Əliyev əvəz edib

    Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib.

    “Report”un əldə etdiyi məlumata görə, yığıncaqda ASA-nın sədri Orxan Bayramov Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi seçilməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Amma onun yerinə yeni sədr hələ seçilməyib.

    ASA-nın sədri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun əməkdaşı Vüqar Əliyevə həvalə edilib.

    Xatırladaq ki, ASA 2006-cı ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. İctimai birlik öz fəaliyyətini Azərbaycan Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” qanun, digər normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən bütün sığorta şirkətləri və “AzRe Təkrarsığorta” ASC qurumun üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi