​ASA sədri: "Azərbaycanda icbari sığorta tariflərinin artırılması gündəmdə deyil"

​ASA sədri: "Azərbaycanda icbari sığorta tariflərinin artırılması gündəmdə deyil" Orxan Bayramovun fikrincə, iqtisadi böhran sığorta sektorunun gəlirlərinə neqativ təsir göstərir
Maliyyə
25 Yanvar , 2016 14:40
​ASA sədri: Azərbaycanda icbari sığorta tariflərinin artırılması gündəmdə deyil

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakıda ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin İdarə heyətinin sədr və sədr müavinlərinin iştirakı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) toplantısı keçirilib. Toplantıda əsasən icbari avtomobil və icbari əmlak sığortası, kasko və tibbi sığorta ilə bağlı məsələlər müzakirə olunub. Əsas məqsəd 2016-cı il üçün şirkətlərin kommunikasiyasının həyata keçirilməsidir.

"Report" xəbər verir ki, bunu ASA sədri Orxan Bayramov deyib: "Xərclərin azaldılması istiqamətində işlər görülür. Nəticədə, tibbi sığortaya da zərər dəyir. Bununla bağlı görüləcək işlər müzakirə olunub. İri şirkətlər işçilərini ixtisar edir ki, bunun nəticəsində sığorta şirkətinə dəyən zərərin nə ilə kompensasiya olunmasının həlli metodikası, xidmət sahələrində qiymət artımına qarşı atılacaq addımlar müzakirə olunub".

O.Bayramov bildirib ki, sığorta şirkətləri haqları qaldırmaqda maraqlı deyil. Onun sözlərinə görə, əgər vəziyyət çətinləşərsə, müəyyən dəyişikliklər edilə bilər.

ASA sədri qeyd edib ki, hazırda heç bir sığorta növü üzrə tarif artımı yoxdur: "Hazırda ölkədə tibbi sığorta bazarında cəmi 7-8 şirkət aktiv məşğul olur. Əsas addımlar ondan ibarətdir ki, bazar çox da zərər görməsin".

"İcbari avtomobil və əmlak sığortası üçün tariflərin artırılması məsələsi gündəmdə deyil. Ən ideal variant komissiyaların azaldılmasıdır. Bununla bağlı bir neçə variant müzakirə olunur. Variantlardan biri "online" texnologiyaların istifadəsidir. Digər variantlar daxılın formalaşdırılması, qeyri-qanuni xidmət təklif edən agentlərə sərt reaksiyadır. İndi agentlər 3 aydan bir hesabat verir və ona görə də agentlərin sayında kəskin azalmalar var", - deyə O.Bayramov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi