ASA-nın yeni sədri: "Assosiasiyanın nizamnaməsində dəyişiklik sığorta bazarının inkişafında müsbət rol oynayacaq"

ASA-nın yeni sədri: "Assosiasiyanın nizamnaməsində dəyişiklik sığorta bazarının inkişafında müsbət rol oynayacaq" ASA-nın yeni sədri ilk açıqlamasını verib
Maliyyə
21 Yanvar , 2019 17:59
ASA-nın yeni sədri: Assosiasiyanın nizamnaməsində dəyişiklik sığorta bazarının inkişafında müsbət rol oynayacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ “Bildiyiniz kimi cari ildə Azərbaycan Sığortaçılar Assosiasiyasının nizamnaməsində dəyişiklik edilib və bu ildən etibarən fərqli sığorta şirkətlərinin rəhbərləri sədr olaraq seçiləcək”.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib.

A.Əliyev öz təcrübəsi ilə ASA-nın fəaliyyətinə töhfə verəcəyinə əmin olduğunu bildirib: “Əminəm ki, tətbiq edilən yenilik sığorta şirkətlərinin, eləcə də ölkənin sığorta bazarının inkişafında müsbət rol oynayacaq. Mənə bu məsuliyyətli vəzifəni etibar etdikləri üçün Müşahidə Şurasına təşəkkürümü bildirirəm. İnanıram ki, hər bir sığorta şirkəti rəhbərinin, o cümlədən də mənim təcrübəm qurumun işinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, A.Əliyev 2017-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyətinin sədri təyin olunub və daha əvvəl ASA-nın sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Əliyev ASA sədri təyin edilib. Yeni təyinatla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi