Yuxarı

AŞ-nin çirkli pulların yuyulması ilə mübarizə komitəsi Azərbaycanla bağlı məruzə dərc edib

Avropa Şurası Azərbaycanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı mübarizəni aktivləşdirməyə çağırıb

Bakı. 1 aprel. REPORT.AZ/ Avropa Şurasının çirkli pulların yuyulması ilə mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi (MONEYVAL) Azərbaycanla bağlı növbəti məruzə  dərc edib. "Report" Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məruzədə AŞ  Azərbaycanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və bu kimi hallara qarşı mübarizədə fəaliyyətini aktivləşdirməyə çağırıb.

Məruzədə deyilir ki, ölkə terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində, cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirəsini tənzimləyən qanunvericiliyin gücləndirilməsi istiqamətində müəyyən addımlar atıb. Həmçinin terror təşkilatlarına məxsus aktivlərin dondurulmasına dair qanunverici bazanın təkminləşdirilməsi, maliyyə tədqiqatlarının aparılması və cinayət yolu ilə əldə olunan gəlirlərlə bağlı olan halların müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarının hazırlıq vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin görülməsi tövsiyə olunub.

Məruzədə qeyd olunub ki, Azərbaycanla bağlı növbəti MONEYVAL məruzəsi 2016-cı ilin dekabr ayında dərc olunacaq. Eyni zamanda Azərbaycan bu ilin dekabrında həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi