Yuxarı

Argentina pesosu 43% devalvasiya olub

ARS/USD rəsmi məzənnəsi 9,7-ə bərabərdir

Bakı. 17 dekabr. REPORT.AZ/ Argentina milli valyutası dollarla müqayisədə bu gün, dekabrın 17-də 42,6% dəyərdən düşərək 13,95 ARS/USD-ə çatıb. "Report" xəbər verir ki, bu, hökumətin 2011-ci ildən bəri tətbiq etdiyi valyuta məhdudiyyətlərini qaldırmasından sonra baş verib.

Valyuta məhdudiyyətləri fiziki və hüquqi şəxslər üçün ayda 2 mln. dollarla məhdudlaşacaq. Bu qərar 2011-ci ilə qədər də belə olub. Kommersiya əməliyyatları üçün isə məhdudiyyətlər olmayacaq.

Qeyd edək ki, valyuta məhdudiyyətləri barədə qərar eks-prezident Kristina Fernandes de Kirşnerin zamanında verilib. O zaman valyutanı ancaq xaricə səfərə çıxan insanlar ala bilərdi.

Maliyyə naziri Alfonso Prat-Qayın sözlərinə görə, Argentina Mərkəzi Bankının pesonun məzənnəsinin kəskin dəyişməsi təqdirdə valyuta bazarına intervensiya edəcəyini bildirib. Bununla hökumət bir ay ərzində 15-25 mlrd. dollar vəsait cəlb etməyi hədəfləyir. Hazırda ARS/USD rəsmi məzənnəsi 9,7-ə bərabərdir. "Qara bazar"da isə məzənnə təxminən 1,5 dəfə artıqdır. Analitiklər sabahdan rəsmi məzənnənin bazar qiymətlərinə yaxın səviyyədə açıqlanacağını ehtimal edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi