ARDNF: Yeni Büdcə qaydasının tətbiqi mövcud normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır

ARDNF: Yeni Büdcə qaydasının tətbiqi mövcud normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunu (Qanun) ilə yeni Büdcə qaydası (Büdcə qaydası) təsdiq edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanı ilə Büdcə qaydasına (Büdcə qaydası) uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”təsdiq edilib ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativ sənədlər əsasında müəyyən edilir.
Maliyyə
16 Aprel , 2019 14:01
ARDNF: Yeni Büdcə qaydasının tətbiqi mövcud normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 29 iyun 2018-ci il tarixli Qanunu (Qanun) ilə yeni Büdcə qaydası (Büdcə qaydası) təsdiq edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanı ilə Büdcə qaydasına (Büdcə qaydası) uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”təsdiq edilib ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativ sənədlər əsasında müəyyən edilir.

ARDNF-dən “Report”a verilən məlumata görə, yeni Büdcə qaydasının tətbiqi eyni zamanda mövcud olan normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Fərmanının 2.1-ci bəndi ilə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması tapşırığı verilib.

Büdcə qaydasına əsasən icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilir ki, bu sənəd Azərbaycan Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ilə təsdiq edilmiş Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanı (Strategiya) tamamilə əvəzləyir. Bununla əlaqədar olaraq Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə Strategiyanın təsdiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 saylı Fərmanı ləğv edilib.

Son xəbərlər

Orphus sistemi