​ARDNF valyuta portfelində nominal dəyişikliklər edib

​ARDNF valyuta portfelində nominal dəyişikliklər edib Fond bu il Yaponiya yenində olan aktivlərini daha çox artırıb
Maliyyə
20 Aprel , 2016 16:25
​ARDNF valyuta portfelində nominal dəyişikliklər edib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərin valyutalar üzrə strukturunda nominal dəyişiklik edib. "Report" xəbər verir ki, ARDNF-in portfelində olan aktivlərin müxtəlif valyutalarda nominal həcmi bu ilin əvvəlinə olan rəqəmlərlə müqayisədə aşağıdakı kimi dəyişib:

- ABŞ dollarında olan aktivlər 16,9 mln. dollar və ya 0,1% artıb, avroda olan aktivlər isə 135,7 mln. avro və ya 1,26% azalıb;

- İngilis funtunda olan aktivlər 21,5 mln. funt və ya 1,83% azalıb, Avstraliya dolları isə 12,2 mln. dollar və ya 4,62% artıb;

- Türk lirəsindəki aktivlər 35,9 mln. lirə və ya 3,23% artıb, Rusiya rublunda - 1 666,5 mln. rubl və ya 4,56% azalıb;

- Koreya vonunda olan aktivlərin nominal həcmi dəyişməz qalıb, Çin yuanındakı aktivlər isə 33,8 mln. yuan və ya 1,09% artıb;

- Yaponiya yenində olan aktivlər 1 457 mln. yen və ya 2,25%, digər valyutaların həcmi isə 22 mln. dollar və ya 5,5% artıb.

Qeyd edək ki, qızıl ehtiyatlarının həcmində nominal artım qeydə alınmayıb.

Ümumiyyətlə, ARDNF-in aktivləri 2016-cı ilin yanvar-mart aylarında 671,9 mln. dollar və ya 2% artıb. Artımın 230 mln. dollara yaxın hissəsi məzənnə dəyişikliyindən, 95 mln. dollara yaxın hissəsi aktivlərin idarə olunmasından, 347 mln. dollara yaxın vəsait isə neft və qaz satışından əldə edilib.

Son xəbərlər

Orphus sistemi