Yuxarı

ARDNF hərraca daha 50 mln. dollar çıxarır

AMB-nin bu dəfə də valyuta alacağı gözlənilir

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 50 mln. ABŞ dolları məbləğində valyuta kütləsi çıxarılacaq.

"Report" xəbər verir ki, mayın 10-da keçirilən sonuncu son hərracda ARDNF tərəfindən valyuta hərracına çıxarılan 50 mln. dollardan 27,8 mln. dollar 12 kommersiya bankı, 20 mln. dollar isə Mərkəzi Bank tərəfindən alınıb. Bu isə toplam olaraq 47,8 mln. dollara bərabərdir. Yəni, hərraca çıxarılan valyuta kütləsinin 95,6%-i satılıb.

"Report"un analitik qrupu qeyd edir ki, bugünkü hərracda da AMB-nin manat intervensiyasını davam etdirəcəyi və valyuta alacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi