Yuxarı

ARDNF Ümumdünya Qızıl Şurasının rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın yer almamasına aydınlıq gətirib

​ARDNF-dən Ümumdünya Qızıl Şurası ilə bağlı açıqlama

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın yer almaması ilə bağlı açıqlama yayıb.

“Report”un məlumatına görə, açıqlamada bildirilir ki, qeyd edilən qurum ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə, əsasən, Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir. 

Bu səbəbdən ARDNF-in qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb. Fondun investisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq, 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. İnvestisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi