Yuxarı
    Bağlamaq

    ARDNF tender keçirir

    Fond qızıl külçələrin çəkilməsi üçün tərəzi və çəki daşları almaq istəyir

    Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) şəbəkə hücumlarının aşkarlanması və mühafizə sistemi üzrə texniki xidmətin satın alınması (lot-1), “Radware” lisenziyalarının müddətinin bitmə vaxtından 1 il müddətinə uzadılması (lot-2) və qızıl külçələrinin çəkilməsi üçün Almaniyanın “Sartorius” şirkətinin “GBB 14202S- 0CE” model elektron tərəzisinin və həmçinin F1 və E2 sinfində olan etalon çəki daşları komplektinin satın alınması (lot-3) məqsədi ilə açıq tender elan edib.

    “Report” xəbər verir ki, bu barədə tender komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.

    Məlumatda deyilir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

    İddiaçılar ilkin sənədləri mayın 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 24-nə qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər lot-1 və lot-2 üzrə Nailə Məmmədli, lot-3 üzrə isə Rəhim Məmmədov, hüquqi məsələlər üzrə Fatimə Səlimlidir. Telefon: (012) 498 77 53, daxili 9005, 7001, 8025

    Təkliflərə mayın 25-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi