ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir

ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir Qurum bu məqsədlə açıq tender elan edib
Maliyyə
21 İyul , 2017 13:59
ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) elektron sənəd dövriyyəsinin təşkilinə dair proqram təminatının (lot-1), eləcə də dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin (lot-2) satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 23-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 5-nə qədər Fondun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Tenderlə əlaqədar suallar və sorğular [email protected] elektron poçt ünvanına və yaxud (012) 565 87 55 nömrəli faksa göndərilə bilər. Telefon: (012) 497 77 53. Əlaqələndirici şəxslər lot-1 üzrə kargüzarlıq məsələlərində Çəməngül Mustafayeva (daxili: 1 001), texniki məsələlərdə Orxan Şahverdiyev (daxili: 1 202), kadr məsələlərində Ofeliya Əsgərzadə (daxili: 8 002), Lot-2 üzrə Nailə Məmmədli (daxili: 9 005), hüquqi məsələlərdə Fatimə Səlimlidir (daxili: 8025).

Təkliflərə sentyabrın 6-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi