ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum olub

ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum olub Auditi "Price Waterhouse Coopers" şirkəti həyata keçirəcək
Maliyyə
12 İyul , 2016 11:40
ARDNF-nin üç illik maliyyə fəaliyyətinin auditini keçirəcək şirkətin adı məlum olub

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

"Report" ARDNF-yə istinadən xəbər verir ki, xidmət təklifləri sorğusuna əsasən Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunan təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif verən "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi elan olunub. 

Məlumata görə, "Dövlət Neft Fondu haqqında Əsasnaməyə" uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Son xəbərlər

Orphus sistemi