Yuxarı

ARDNF-nin icraçı direktoru Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 22-26 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

"Dayanıqlı İnkişafa İnvestisiyalar" mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə edilir.

Tədbirdə dünyanın 160 ölkəsindən dövlət və özəl sektoru təmsil edən 6 000-dən çox nümayəndə iştirak edir.

Ş.Mövsumov tədbir zamanı Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış etmişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi