ARDNF-nin icraçı direktoru ADB-nin vitse-prezidenti ilə görüşüb

ARDNF-nin icraçı direktoru ADB-nin vitse-prezidenti ilə görüşüb Görüşdə Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə edilib
Maliyyə
15 Noyabr , 2016 13:14
ARDNF-nin icraçı direktoru ADB-nin vitse-prezidenti ilə görüşüb

Bakı.15 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib. Bu barədə "Report"a Fonddan bildirilib. 

Məlumata görə, görüşdə Ş. Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

V. Janq isə ADB-nin dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.

Görüşdə, həmçinin Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.  

Son xəbərlər

Orphus sistemi